"ASAN ödəniş" sistemi
Finance

"ASAN ödəniş" sistemi

Innovations Center LLC · released 25 May 2019 · Open in App Store ↗

Revenue 30d not estimated
Downloads 30d not estimated
Rating 2.85 153 reviews

No in-app products collected for this app.

Rating
Azerbaijan84%1292.81
Russia8%123.33
United States3%52.40
Turkey2%33.00
Canada1%23.00
Austria<1%15.00
Hungary<1%12.00
United Arab Emirates<1%0
Afghanistan<1%0
Antigua And Barbuda<1%0

The store shows a different set in every country

Description

“ASAN ödəniş” informasiya sistemi mobil tətbiqin istifadəçilərə daha funksional, təhlükəsiz və rahat ödəniş təcrübəsi təqdim edir.

Aydın interfeys, sadələşdirilmiş xidmət strukturu və daha rahat istifadəçi təcrübəsi sayəsində ödənişlərinizi, inzibati cərimələrinizi, şablonlarınızı, ödəniş tarixçənizi, bildirişlərinizi, çıxarışlarınızı və müraciətlərinizi bir tətbiq üzərindən idarə edə bilərsiniz.

“ASAN ödəniş” informasiya sistemi 200-dən çox qurumun 500-dən artıq ödəniş xidməti üzrə 24/7 rejimində fasiləsiz xidmət imkanı yaradır. Mobil tətbiq vasitəsilə ödənişlərinizi istənilən vaxt, istənilən yerdən sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz.

“ASAN ödəniş” informasiya sistemi mobil tətbiqində:

•⁠ ⁠mygov İD ilə təhlükəsiz giriş

mygov İD vasitəsilə şəxsiyyətinizi təsdiqləyərək tətbiqə daha təhlükəsiz və rahat şəkildə daxil olun.

•⁠ ⁠Qeydiyyatsız ödəniş imkanı

Şəxsi kabinet yaratmadan və ya giriş etmədən bir sıra xidmətlər üzrə ödənişləri sürətli şəkildə həyata keçirin. (Əgər ödənişlərinizin tarixçə bölməsində saxlanılmasını istədiyiniz halda qeydiyyatlı ödənişlərdən istifadə edin)

•⁠ ⁠Geniş ödəniş xidmətləri

İnzibati cərimə, rüsum, gömrük, kommunal, rabitə, təhsil, kredit, lizinq və digər istiqamətlər üzrə ödənişlərinizi rahat şəkildə edin.

•⁠ ⁠Cərimə balı və texniki baxış məlumatları

Cərimə balınızı və texniki baxış talonu ilə bağlı məlumatları tətbiq üzərindən izləyin.

•⁠ ⁠İnzibati cərimələr üzrə ətraflı məlumat

Mövcud inzibati cərimələriniz, protokol məlumatları, məbləğ, tarix və aidiyyəti qurum üzrə məlumatlarla tanış olun. Cərimə ilə bağlı mövcud foto və video materiallara tətbiq üzərindən izləyin.

•⁠ ⁠Şablonların yaradılması və idarə edilməsi

Mütəmadi etdiyiniz ödənişləri şablon olaraq yadda saxlayın və növbəti ödənişlərinizi daha sürətli tamamlayın.

•⁠ ⁠Ödəniş tarixçəsi

Həyata keçirdiyiniz ödənişləri tarixçə bölməsində gün, həftə, ay və ya bütün dövrlər üzrə izləyin. Uğurlu və uğursuz əməliyyatlar barədə məlumat əldə edin.

•⁠ ⁠Çıxarışların yaradılması

Kabinetinizdə mövcud olan inzibati xəta protokollarınızın seriya və nömrəsini, xətanın törədilmə tarixini, qərarın verilmə tarixini, kabinetə yerləşdirilmə tarixini, cərimə məbləğini, ödəniş vəziyyətini və nəqliyyat vasitənizin nömrisini rahatlıqla sənəd şəklində əldə edin.

•⁠ ⁠İnzibati cərimələrdən şikayət etmə imkanı

İnzibati cərimələrlə bağlı şikayət müraciətlərinizi tətbiq üzərindən yaradıb göndərin və şikayətlərinizin statusunu izləyin.

•⁠ ⁠Bildirişlər

Şablonlar, borclar, cərimələr və digər ödənişlərlə bağlı vacib məlumatları bildirişlər bölməsində əldə edin.

•⁠ ⁠Əlaqə və müraciət imkanı

Tətbiq üzərindən təkliflərinizi, şikayətlərinizi və ərizələrinizi göndərin, müraciət mövzusu və mesajınızı rahat şəkildə daxil edin.

•⁠ ⁠Tez-tez verilən suallar

Xidmətlərdən istifadə, SMS məlumatlandırma, cərimələr, ödənişlər və digər mövzular üzrə suallarınıza tətbiq daxilində cavab əldə edin.

•⁠ ⁠PIN kod və biometrik giriş

PIN kod və biometrik giriş imkanları ilə kabinetinizə girişi daha təhlükəsiz edin.

Yenilənmiş “ASAN ödəniş” informasiya sistemi mobil tətbiqi gündəlik ödənişlərinizi daha rahat, sürətli və əlçatan edir.

“ASAN ödəniş” informasiya sistemi – Ödəniş etməyin ən asan yolu!